Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Üç Qardaş - Özbək Xalq Nağılı
Bir qocanın üç oğlu vardı. Bir gün qoca oğlanlarına vəsiyyət eləyib dedi:
- Balalarım, biz kasıbıq, vardan-dövlətdən heç nəyimiz yoxdur. Hər şeylə maraqlansanız, dünyada hər şeydən baş çıxarsanız, hər şeyi tez duysanız bu, elə var-dövlətdir. Qoca bu sözləri deyib dünyadan köçdü.
Aylar, illər otdü. Qardaşlar iş axtara-axtara qürbət ellərə yollandılar. Az getdilər, çox getdilər, çatdılar bir səhraya. Qarşılarına bir atlı çıxdı. Atlı ətrafı diqqətlə nəzərdən keçirir, boylanır, nə isə axtarırdı. Bunu görən böyük qardaş soruşdu:
- Dəvə itirmisən?
Ortancıl qardaş: - Dəvə taygözdür?
Kicik qardaş: - Dəvəyə bir arvadla bir balaca uşaq minmişdi?
Bunu eşidən atlı qışqırdı:
- Dəvəmin yerini deyin!
Qardaşlar, dəvəni görmədiklərinə and içdilər. Atlı qardaşları şahın yanına apardı. Şah dəvəsini itirmiş atlını danışdırdı. Sonra qardaşlara dedi:
- Dəvəni görməyibsinizsə, onun taygöz olduğunu, dəvəyə bir uşaqla arvadın mindiyini hardan bilirsiniz? Qardaşlar dedilər:
- Biz hər şeyə göz yetirməyi, gördüyümüzü ağılımızın köməyi ilə başa düşməyi uşaqlıqdan vərdiş etmişik.
Şah vəziri çağırdı, qulağına nəsə pıçıldadı. Vəzir çıxdı. Bir az keçmiş o, iki nökərlə qayıtdı. Nökərlər bir sandıq gətirdilər. Şah qardaşlara dedi:
- Tapın görüm, bu sandıqda nə var?
Böyük qardaş dedi:
- Sandıqdakı xırda yumru şeydir.
Ortancıl qardaş:
- Sandıqdakı nardır.
Kiçik qardaş:
- Narlar hələ yaxşı dəyməyib.
Sandığı açdılar. Padşah, onun adamları, şikayətə gəlmiş atlı mat qaldılar.
Deyilənlər doğru çıxmışdı. Hamının təəccübləndiyini görən böyük qardaş dedi:
- Burada təəccüblü heç nə yoxdur. Nökərlər sandığı yerə qoyanda əydilər, içindəkilər dığırlandı. Bildim ki, bu şeylər yumru və xırdadır. Ortancıl qardaş dedi:
- Bir sandığı ki, bu bağdan gətirələr, onun içindəki yumru və xırda şey əlbəttə, nar olar. Kiçik qardaş əlavə etdi:
- İndi də narın dəyən vaxtı deyil.
Şah qardaşlara dedi:
- İndi söyləyin görüm, dəvənin əlamətlərini...
Üç Qardaş Özbek Xalq Nağılı Urmu Turuz 2014 | |||
---|---|---|---|
خواندن
دانلود
برای ادامه حیات توروز، کمک کنید |
|||
حجم: 1.09 MB | نوع فایل : Pdf | دیده شده : 1273 | گزارش خرابی |