یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Xaçmaz Toponimləri - Qələmşah İdrisov

4924
0
1393/9/22
تعداد آرا 2
نتیجه آرا 6

Bu gün müstəqil Azərbaycan dövləti Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş möhtəşəm təməl üzərində möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə və dinamik surətdə inkişaf edir. Dövlət başçımız cənab İlham Əliyevin böyük uzaqgörənliklə qəbul etdiyi "Regionlann sosial-iqti¬sadi inkişafı Dövlət Proqramı"nın uğurla həyata keçirilməsi nəticəsində son illər respublikamızın bütün bölgələrində olduğu kimi, Xaçmaz rayonunda da irimiqyaslı işlər həyata keçirilir. Xaç¬maz günü-gündən inkişaf edir, abadlaşır, müasir bir şəhərə çevrilir. Görülən işlərə əhalinin, sadə xaçmazlılann çox böyük qiymət verməsi, yaradılan gözəlliklərin qorunub saxlanması bizim üçün böyük əhəmiyyət kəsb edir. Möhtərəm prezidentimizin son illərdə 3 dəfə rayonumuz da olması və səfərləri zamanı gördüyümüz kiçik işlərə böyük qiymət verməsi isə bizim üçün çox əhəmiyyətli ol¬maqla bərabər, daha çox və səmərəli işləmək üçün bir stimul yaradır.

Tez-tez respublika mətbuatında, televiziya kanallannda işıqlan¬dınlan Xaçmazın bugünkü nailiyyətləri, xaçmazlılann dövlətimizə, onun rəhbərlərinə olan böyük rəğbətin və məhəbbətin ifadəsidir.

Elinə, obasına, bütövlükdə Vətəninə böyük məhəbbətin nəticə¬si olaraq filologiya elmləri namizədi Qələmşah İdrisovun rayonun 80 illiyinə ithaf etdiyi "Xaçmaz toponimləri" kitabı da Xaçmazın bugünkü tarixini dəyərləndirən əhəmiyyətli bir nümunədir.

Doğma Vətənini, torpağını sevən, ölkəsinin tarixinə hörmət bəsləyən, keçmişinə ehtiramı olan şəxslər ən böyük hörmətə layiqdirlər. Yaşadığı torpağın tarixini araşdırmaq, bunu gələcək nəsillərə çatdırmaq çox çətin, lakin olduqca şərəfli işdir. Öz xal-qının, yaşadığı torpağının tarixini bilmək isə ən sadə vətəndaşa belə ucalıq gətirən bir dəyərdir.

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasında müzakirə edilib nəşr olunması məsləhət görülən "Xaçmaz toponimləri" kitabının rayonumuzun tarixini, eləcə də dilimizin tarixini öyrənmək sahəsində xüsusi rolu vardır. ..

نویسندگان:
اتشارات:
Şərq-Qərb
سال انتشار:
2011 (میلادی)
صفحات:
104
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز