Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Göyçe Nisgili Şorca Xiffəti - Məhərrəm Hüseynov
Bəşər övladı ta qədim zamanlardan, gözünü dünyaya açıb özünü ictimai varlıq kimi dərk etdiyi gündən onu əhatə edən aləmi, əsrarəngiz təbiəti kult səviyyəsinə qaldırmış, təbiətin maddi təzahürlərini fetişləşdirmiş, özü ilə təbiət arasında nə isə genetik bir
əlaqə olduğuna fanatikcəsinə inanmışdır.
İnsan özü ilə təbiət, torpaq arasında qəribə bir oxşarlıq tapmış, tez – tez əhatəsində gördüyü canlıları totem hesab etmiş və onun idrakı itiləşdikcə təbiəti insan varlığının ilk substansiyası, başlanğıcı kimi müqəddəsləşdirmiş, torpaq ona müqəddəs yaradıcı kimi doğmalaşmış və bu torpağa məhəbbət zəruriləşərək vətən anlayışını, Vətən obrazını yaratmışdır. Əsrlər ötdükcə insanla onun yaşadığı torpaq arasında məhramanə bir yaxınlıq, ülvi bir ünsiyyət meydana gəlmiş, insan təbiəti özünə əbədi sığınacaq, yurd, yuva, arxa hesab etmişdir.
İnsanı qoruyan, yaşadan torpağa övladlıq borcunu vermək üçün hər bir kəs əhatəsində yaşadığı təbiətin gözəlliklərini artırmağa cəhd göstərmiş, onun gözəlliklərini tərənnüm etmişdir. İnsan sağ ikən vətən bildiyi torpağı bəzəmiş, ölərkən torpaq onun əbədi aramgahına çevrilmişdir...
Göyçe Nisgili Şorca Xiffəti - Məhərrəm Hüseynov | |||
---|---|---|---|
اوخو
ائندیر
توروز حیاتدا قالماق اوچون، یاردیم ائدین |
|||
حجم: 3.88 MB | فورمات : Pdf | گؤرونتولندی : 726 | خطانی بیلدیرمک |