Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Akdamardan Sarı Gəinədək erməni Yalanı - Hikmət Babaoğlu
Hər bir xalqın tarixi onun milli-mədəni yaddaşı qədərdir. Azər-baycan xalqı da bu mənada istisna deyiL. Bu da bir həqiqətdir ki, əsrlər boyu xalqımızın tarixi müxtəlıf səviyyələrdə, məqsədyönlü şəkildə saxtalaşdırmalara məruz qalmış, bu, bəzən başqalarının, bəzənsə elə öz əlimizlə olmuşdur. Məqsəd isə xalqımızı öz həqiqi keçmişindən uzaq tutmaqla onu milli-mədəni və milli-mənəvi də-yərlərindən uzaqlaşdırmaq, beləliklə, torpaqlarımızın işğalı üçün zəmin yaratmaq olub. Etiraf etməliyik ki, imperialist güclər mü¬əyyən mənada məqsədlərinə nail olmağı da bacarıb.
Tariximizin ən əhəmiyyətli dövrlərindən biri də ilkin orta əsrlər dövrüdür. Bu dövr Azərbaycan xalqının əcdadlarının inanc siste-mində və sosial-siyasi, ideoloji və mədəni strukturunda dərin izlər buraxmış və ən çox təhrifə, saxtalaşdırmaya məruz qalmış bir dövrdür. Həmin dövrə münasibətdə əksər hallarda tarixçilərimiz ya susmuş, ya da mexaniki olaraq tarixi saxtalaşdıranları təqlid etməklə kifayətlənmişlər. Ancaq bu günlərdə Azərbaycan Respub¬likası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz M ehdiyevin həmin dövrlə günümüzün aktual problemlərini uzlaş¬dıran və "Gorus-2010: absurd teatrı mövsümü" adlı məqaləsi ilk dəfə olaraq ilkin orta əsrlər və qədim dövr Azərbaycan tarixinə obyektiv və cəsarətli yanaşmanı özündə əks etdirməklə, həmin dövrün araşdırılması üçün yeni konsepsiya müəyyənləşdirmiş ol¬du. Məqalədə erməni və ermənipərəst tarixçilər tərəfindən saxta¬laşdırılmış tariximiz ilk dəfə olaraq akademik səviyyədə təhlil edi¬lir, ermənipərəst mövqe elmi dəlil və arqumentlərlə sıradan çıxarılır. Hesab edirik ki, bu cür obyektiv, elmi və cəsarətli yanaşma…
Akdamardan Sarı Gelinedek Ermeni Yalanı Hikmet Babaoğlu Urmu Turuz 2014 | |||
---|---|---|---|
اوخو
ائندیر
توروز حیاتدا قالماق اوچون، یاردیم ائدین |
|||
حجم: 5.58 MB | فورمات : Pdf | گؤرونتولندی : 463 | خطانی بیلدیرمک |