یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Azərbaycan Dilinin Antonimlər Luğəti - Həsrət Həsənov

278572
12
2018/1/24
سس لرین سایی 278
سس وئرمه نین سونوجو 6

 

ANTONİM SÖZLƏR

Azərbaycan dilinin leksik-semantik sistemində antonim sözlər mühüm yer tutur. Mənaca bir-birinin əksi olan belə leksik vahidlər - antonimlər dilin leksik-semantik sistemində mikrosistem yaradır; böyük - kiçik, ağ - qara, dost - düşmən, köhnə - təzə, həyat - ölüm, almaq - vermək, getmək - gəlmək və s.

Antonirnlər, əsasən, kəmiyyət və keyfiyyət, hərəkət, zaman və məkan məz-munlu məfhumların əks cəhətlərini ifadə edən müxtəlif fonetik tərkibli sözlərdir; məsələn, qəşəng - çirkin, igid - qorxaq, düz - əyri, yanmaq - sömnok, giriş ¬çıxış, aşağı - yuxarı və s.

"Sözün dialektikası" təfəkkürün gerçək varlıqla, insanların həyat təcrübəsi ilə əlaqədar olduğunu göstərir. Antonirn sözlər üçün mənanın ümumi və mühüm əla-mətlərinin leksik-semantik paradiqmaya uyğunluğu əsas götürülür. Deməli, məna əlaqəsinin ümumi və əsas cəhətlərinə görə qarşılaşdırılan sözlər antonim kimi qəbul edilə bilər.

Dildə antonimlərin yaranması, inkişafı və formalaşması onların aid olduqları maddi aləmdəki əşya, hadisə və hərəkətlərin ziddiyyətli olması ilə əlaqədardır. Bu ziddiyyətlər əksmənalı sözlərlə ifadə olunur. Məhz buna görə də onlar antonimlərin meydana gəlməsində əsas amil kimi çıxış edir. Burada insanların ictimai həyat təcrübəsi də rol oynayır. İnsanlar həyatlarında maddi aləmdəki əşya və hadisələrin əlamət və keyfiyyətlərirıi dərk edir, onları bir-birindən fərqləndirir. Antonirn söz¬lərin ifadə etdiyi məfhumlar insanın iş fəaliyyəti, həyat tərzi, mənəvi aləmi və onu əhatə edən aləmə qarşı münasibəti ilə bağlıdır.

LÜGƏTİN VƏ LÜGƏT MƏQALƏLƏRİNİN QURULUŞU

Lüğətə insanın iş fəaliyyəti (yaxşılıq - pislik, sökmək - tikmək, çalışqan ¬tənbəl və s.) və təbiət hadisələri ilə (soyuq - isti, quraqlıq - yağmurluq, aydınlıq - qaranlıq və s.) əlaqədar məfhumları, zaman (gecə - gündüz, axşam - səhər, yay - qış, gec - tez və s.) və məkan (uzaq - yaxın, dərə - təpə, yer - göy, sağa - sola,  aşağı- yuxarı, şərq - qərb və s.) anlayışlarını ifadə edən, əlamət, keyfiyyət (ağ - qara, təzə - köhnə, cavan - qoca, arıq - kök, yüngül - ağır, yaxşı- pis, bərk - yumşaq, hündür - alçaq və s.) və hal-vəziyyət (oturmaq - durmaq, sağlam - xəstə, gülmək - ağlamaq, dost - düşmən, varlı - yoxsul və s.) bildirən antonimlər daxil edilir.

Lüğətdə, əsasən, müxtəlif köklü leksik antonimlər izah olunur. Hər antonim cütlük əlifba sırası ilə düzülür. Antonim cütlük1ər bədü və elmi əsərlərdən və dövri mətbuatdan gətirilən nümunə lərlə əyaniləşdirilir.

 

یازیچی لار:
یایین لایان:
Şərq-Qərb
یایین ایلی:
2007 (میلادی)
صحیفه لر:
144
فورمات:
PDF Document
مؤحتوانین دیلی:
Azərbaycan Türkcəsi

vacib sozunun antonimi nedir
Yaxşıdır

Cox sozunun antonimini bilien var 7 herif opsun

köp-kop

Kobud sözünün əksi

incə-nazik-yasıq

təvazökarlıq

gözü acıq sozünün antonımı nedır.xaıs edırem cavab verın

dünya görüşlü

bilgin

 

lovğa sözünün antonimini bilən var?
tekebburlu sozunun antonımı nedır
cox gozeldir
Şorgöz sözünün antinimi nədir?

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز