Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Azərbaycan Dilinin Antonimlər Luğəti - Həsrət Həsənov
ANTONİM SÖZLƏR
Azərbaycan dilinin leksik-semantik sistemində antonim sözlər mühüm yer tutur. Mənaca bir-birinin əksi olan belə leksik vahidlər - antonimlər dilin leksik-semantik sistemində mikrosistem yaradır; böyük - kiçik, ağ - qara, dost - düşmən, köhnə - təzə, həyat - ölüm, almaq - vermək, getmək - gəlmək və s.
Antonirnlər, əsasən, kəmiyyət və keyfiyyət, hərəkət, zaman və məkan məz-munlu məfhumların əks cəhətlərini ifadə edən müxtəlif fonetik tərkibli sözlərdir; məsələn, qəşəng - çirkin, igid - qorxaq, düz - əyri, yanmaq - sömnok, giriş ¬çıxış, aşağı - yuxarı və s.
"Sözün dialektikası" təfəkkürün gerçək varlıqla, insanların həyat təcrübəsi ilə əlaqədar olduğunu göstərir. Antonirn sözlər üçün mənanın ümumi və mühüm əla-mətlərinin leksik-semantik paradiqmaya uyğunluğu əsas götürülür. Deməli, məna əlaqəsinin ümumi və əsas cəhətlərinə görə qarşılaşdırılan sözlər antonim kimi qəbul edilə bilər.
Dildə antonimlərin yaranması, inkişafı və formalaşması onların aid olduqları maddi aləmdəki əşya, hadisə və hərəkətlərin ziddiyyətli olması ilə əlaqədardır. Bu ziddiyyətlər əksmənalı sözlərlə ifadə olunur. Məhz buna görə də onlar antonimlərin meydana gəlməsində əsas amil kimi çıxış edir. Burada insanların ictimai həyat təcrübəsi də rol oynayır. İnsanlar həyatlarında maddi aləmdəki əşya və hadisələrin əlamət və keyfiyyətlərirıi dərk edir, onları bir-birindən fərqləndirir. Antonirn söz¬lərin ifadə etdiyi məfhumlar insanın iş fəaliyyəti, həyat tərzi, mənəvi aləmi və onu əhatə edən aləmə qarşı münasibəti ilə bağlıdır.
LÜGƏTİN VƏ LÜGƏT MƏQALƏLƏRİNİN QURULUŞU
Lüğətə insanın iş fəaliyyəti (yaxşılıq - pislik, sökmək - tikmək, çalışqan ¬tənbəl və s.) və təbiət hadisələri ilə (soyuq - isti, quraqlıq - yağmurluq, aydınlıq - qaranlıq və s.) əlaqədar məfhumları, zaman (gecə - gündüz, axşam - səhər, yay - qış, gec - tez və s.) və məkan (uzaq - yaxın, dərə - təpə, yer - göy, sağa - sola, aşağı- yuxarı, şərq - qərb və s.) anlayışlarını ifadə edən, əlamət, keyfiyyət (ağ - qara, təzə - köhnə, cavan - qoca, arıq - kök, yüngül - ağır, yaxşı- pis, bərk - yumşaq, hündür - alçaq və s.) və hal-vəziyyət (oturmaq - durmaq, sağlam - xəstə, gülmək - ağlamaq, dost - düşmən, varlı - yoxsul və s.) bildirən antonimlər daxil edilir.
Lüğətdə, əsasən, müxtəlif köklü leksik antonimlər izah olunur. Hər antonim cütlük əlifba sırası ilə düzülür. Antonim cütlük1ər bədü və elmi əsərlərdən və dövri mətbuatdan gətirilən nümunə lərlə əyaniləşdirilir.
Azerbaycan Dilinin Antonimler Luğeti Hester Hesenov Urmu Turuz 2014 | |||
---|---|---|---|
خواندن
دانلود
برای ادامه حیات توروز، کمک کنید |
|||
حجم: 787.64 KB | نوع فایل : Pdf | دیده شده : 5230 | گزارش خرابی |
Cox sozunun antonimini bilien var 7 herif opsun
köp-kop
Kobud sözünün əksi
incə-nazik-yasıq
gözü acıq sozünün antonımı nedır.xaıs edırem cavab verın
dünya görüşlü
bilgin