Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Türk Dillərində İsim Köklərində Leksiksemantik İnkişaf - Baba Məhərrəmli
Filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli türkologiya sahəsində ümid verən gənc və istedadlı alimlərdəndir. Bir sıra məqalələri və çapa hazırladığı "Türk dillərində isim köklərində leksik-semantik inkişaf" əsəri göstərir ki, uğurlu mühitdə uğurlu yaradıcılıq nailiyyətləri əldə edə bilər. Türkoloji ədəbiyyata yaxşı bələddir, səbr və təmkinlə işləməyi, müqayisələr aparmağı, ideyaların əsas xəttini tutmağı bacarır.
Bu əsər çox böyük zəhmətin nəticəsidir. Əsas cəhət budur ki, Baba Məhərrəmli tədqiqata cəlb etdiyi sözləri kifayət qədər dərindən araşdıra bilmişdir, ona görə də tədqiqat işində müəllif ideyasına şübhə doğuran cəhətlər yoxdur. Baba Məhərrəmli isimlərin tarixi diferensiallaşma prosesini, təbii ki, bütün türk dilləri üzrə izləməli olmuşdur. Məqsəd leksik-semantik, fonetik və qrammatik diferensiasiyası ilə orijinal dillər kimi formalaşmış və sabitləşmiş türk ədəbi dillərinin tarixən bir kateqoriya ilə isimlərlə bağlı necə diferensiallaşdığını üzə çıxarmaqdır.
Belə bir cəhətin müəyyənləşdirilməsi dillərin hər birinin müstəqil inkişaf yolunu aşkarlamağa imkan verir. Bunu bütün nitq hissələri, fonetik və qrammatik kateqoriyalar üzrə də davam etdirmək olar. Bu cür tədqiqat 0 tərəfə getdikcə türk dillərini bir ulu kökə nə qədər yaxınlaşdırarsa, bu tərəfə gəldikcə onların hər birinin necə...
Türk Dillerinde İsim Köklerinde Leksiksemantik İnkişaf Baba Meherremli Urmu Turuz 2014 | |||
---|---|---|---|
اوخو
ائندیر
توروز حیاتدا قالماق اوچون، یاردیم ائدین |
|||
حجم: 2.63 MB | فورمات : Pdf | گؤرونتولندی : 764 | خطانی بیلدیرمک |