Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl

USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Arin Turkic Etymological Dictionary

11971
0
2016/9/18
Number of votes 4
Voting results 5

Bu sözlükdə çalışmışam, türk sözlərinin kökəni, kəndi özü və tanıqları yaxud yaxın kökdən olan kəlmələr aracılığı ilə açıqlansın. Sözün, özü danışıb, səslənsin.

Əlinizdəki kitabda(<>bitikdə), bir anlamda olub(anlamdaş) ama dəyişik səslənən sözlərin, anaköklərin əldə etməyə can atmışıq.

 

Türk dillərindən dərlənmiş sözlərin ; kök anlamların incəlirik(tədqiq). Sözlərin biçimlərin(formaların) yararaq , səslərin və vurquların düşməsini və yer dəyişməsini öyrənərək, sözlərin qohumluğunu, iç anlam birliğini canlandırmışıq. Türk ellərinin başqa başqa ölkələrdə yaşadıqları və daha, başqa qonşuluqlarda olduqları dolayısıyla, dillərində canlanan  sözlər, səs dəyişmələrinə uğramış və  ''sözün'' qablarında, qalıblarında dəyişikliklər tapılmışdır. Burda bir sözün dəyişik səslənməsinə baxmayaraq , bu sözlərdə kök anlam birligi təməl tutulmuşdu. Sözümüzdə can , din(ruh) birliyini əldə eləməyə tapınmışdır.

 

Çağdaş sözlüklərdə bir neçə sözün aynı kökdən olduğunu görmüyərək, bu sözləri başqa dillərə səpələyib kökləmişlərdi, bu qazamatlı; uçurumlu sorundan çəkinmək və kökdən sapınan yolların daşlamaq üçün, altda adı çəkilən kitablardan tanıklar aldıq. Gerçəgin incə, dayaqlı yolların uğurlayıb, səs dəyişmənin tozlu duzaxlı toruna düşməkdən qaçındıq. Yazığ olsun olaraki(o alimlərəki) öz dillərinin samballı, köklü kəlimələrin ayrı dillərdə kökləyərək, türk dilini kökləmək savınmasındadılar.

 

Səs qonusuna gəldikdə, səs dəyişmələrinin, kökdən yaydıran etgisindən qaçınmaq üçün, söz başındaki "Ğ. K. G" səslərini "Q" ilə göstərdik. Örnək: - "ged" sözünü "qed" də. – "kaba" sözünü "qaba" da aramaq gərək.  

Söz başı olan "D" səsinə gəldikdə,  "T" səsi kök səs götürüldü. Demək, "dad" sözü üçün "tat" a baxmalıyıq. 
Demək bu sözlükdə, açıq, yumşaq "K", türkiyə türkcəsində çoxun işlənən qapalı quru "K" ya qarşı, üstünlük "Q" ya verildi. 
Bu sözlük mənim əl işlərim sayılır. Təkcə istəyim bunun çapından araşdırıcıların əlinə çatdırmağımdı. Köməksiz olduğumdan, bu kitabın tamam işləri -taypı, düzəlişi, ...mənim üzümə düşübdü. 
Bu kitabdan hər çeşit dəyərlənmə, hamı üçün sərbəsdi.

 

HƏSƏN BƏY HADİ
TƏBRİZ 


Kitapda işlənən simgələrin açısı (açarı):

<    kök göstərən
>    kökdən törənən
<>  kök birliyin görsətir,
met <  metatez : səslərin yer dəyişməsi. örnək : sık <  met > kıs. - qaş < met > şaq.


Sözlərin yanında işlənən sayıların açıqlaması:

.-1. türkiyə. -2. azərbaycan. -3. başqurd. -4. qazaq. -5. qırqız. – 6. özbək. - 7. tataristan. -8. türkəmən. -9. uyğur. -09. dərləmə sözlüyü. (– dər : dərləmə sözlüyü). 10. yakut .-11. qaraçay.-12. monqol.-13. oral altay. -14. xarəzm. -15. kumuq. -16. sənglağ. -17. tuva. – tarama : tarama sözlüyü. - ka  : mahmıd kaşğarli toplusu. - əndəlusi : kitabi əl idrakil lisanəl ətrak.

Writers:
The publishing year:
2010 (Anno Domini/AD)
File Type:
PDF Document
Written or Spoken Language:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz