یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Ay Üçün Rekviem - Osman Türkay

3791
0
1393/10/16
تعداد آرا 1
نتیجه آرا 5

Əsərlərini Türk və İngilis dillərində qələmə alan Osman Türkayın (1927-2001) şeirləri Rus, Yapon, Ərəb, Özbək, Çin, Hind, İsveç, İtalyan, Tatar və s. kimi otuzdan çox dilə tərcümə olunmuş, bunlardan bəziləri kitablaşdırılmışdır. Azərbaycanda isə bu müəllifin əsərlərindən, təəssüf ki, indiyə qədər oxucular xəbərsiz qalmışdır. Bu tərcümə-uyğunlaşdırmanı etmədə məqsədimiz həmin boşluğu doldurmaq, kosmos əsri şairinin orijinal yaradıcılıq nümunələri ilə Azərbaycanlı oxucuları tanış etməkdir. Əslində Osman Türkay yaradıcılığı 2001-ci ildən bəri elmi araşdırmalarımızın mövzusudur və tədqiqatımızın nəticəsi kimi “Osman Türkayın poetik irsi” adlı kitabımız nəşr olunmuşdur. Sizlərə təqdim etdiyimiz bu kitab həmin elmi monoqrafiyanın bədii şəkildə tamamı, davamıdır.

Təbii ki, şair olmadığımız üçün əsərlərin tərcüməsinin yüksək poetik çevirmə olduğunu iddia etmirik. İndiyə qədər Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə altı uyğunlaşdırma kitabının müəllifi olsaq da, şeirlərin tərcüməsində bəzi çətinliklərlə qarşılaşdıq və orijinala sadiq qalmaq, Osman Türkay kimi özünəməxsus mövzu, üslub və dilə malik sənətkarı Azərbaycan oxucusuna daha yaxşı tanıtmaq üçün bəzi sözlərin izahını məntaltı haşiyədə verdik. Bir çox modernist şairlər kimi, Osman Türkay da durğu işarələrindən istifadə etməmişdir və biz də uyğunlaşdırma zamanı bu orijinallığı qorumağa çalışdıq...

نویسندگان:
اتشارات:
Kövsər
سال انتشار:
2011 (میلادی)
صفحات:
139
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز