یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Elibala Hacizade-1-2-3-4-5-6-7-8-9-10-Seçilmiş Eserleri-Baki-2004-4885s

8937
0
1396/6/12
تعداد آرا 1
نتیجه آرا 5

Elibala Hacizade-1-2-3-4-5-6-7-8-9-10-Seçilmiş Eserleri-Baki-2004-4885s

Əlibala Hacızadə.jpg

Hacızadə Əlibala Qüdrət oğlu — nasir, 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil almışdır (1953-1958). Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır (1958). Əfqanıstanda mütərcimlik etmişdir (1966-1970).

Sonra yenidən Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutunda) baş elmi işçi vəzifəsində işləmiş (1976-cı ildən) və ömrünün sonuna qədər həmin institutun İran filologiyası şöbəsində çalışmışdır. 1994-96-cı illərdə "Nizami" jurnalının baş redaktoru olmuşdur. "Mənim müəlliməm" adlı ilk hekayəsi 1956-cı ildə Uşaqgəncnəşrin buraxdığı "Gəncliyin səsi" almanaxında dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edirdi. 2009-cu ilin oktyabr ayında vəfat edib.

"İtkin gəlin" romanı əsasında yazdığı ssenarisinə 12 seriyalı bədii televiziya filmi çəkilmişdir (1993-1994).

Yaradıcılığı[redaktə | əsas redaktə]

Əlibala Hacızadənin Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, "Təyyarə kölgəsi", "Vəfalım mənim" romanları ilə elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırdı..

1980-ci illərin ikinci yarısında Ə.Hacızadənin qələmə aldığı "Möcüzə" romanı o dövrdə baş verən mürəkkəb ictimai proseslərə özünəməxsus bir baxışı əks etdirirdi.

Yazıçının XX əsr İran poeziyasının məşhur nümayəndələrindən olan Fərruxi Yəzdiyə həsr olunmuş monoqrafiyası dünya şərqşünaslığında bu böyük şairin həyat və yaradıcılığı haqqında ilk geniş tədqiqatdır. Bundan başqa o, müasir İran romanının tipologiyasına dair fundamental elmi araşdırmanın müəllifidir. Əlibala Hacızadə həmçinin bir sıra orta əsr mənbələrini dilimizə tərcümə etmişdir.

Mükafatları[redaktə | əsas redaktə]

Əlibala Hacızadə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuş, İranda "Ölməz şəxsiyyətlər" mükafatına layiq görülmüş, çoxillik elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir.

Sitatlar[redaktə | əsas redaktə]

"Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın. İnsan özü qalmır, amma yaratdığı qalır. Yaxşısı da, pisi də... Gərək elə əməl sahibi olasan, elə əsər qoyub gedəsən ki, sağlığında özün, qohum-əqrəban, dostun-tanışın, öləndən sonra isə nəslin xəcalət çəkməsin!.."

"Təyyarə kölgəsi" romanının qəhrəmanı Nadirənin gündəliyindən

Əsərləri[redaktə | əsas redaktə]

  1. Heykəl gülür (hekayələr). Bakı: Uşaqgəncnəşr, 1961, 54 səh.
  2. Unutmaq olmur (povest). Bakı: Uşaqgəncnəşr, 1963, 115 səh.
  3. Məhəbbət olmayan evdə (povestlər). Bakı: Azərnəşr, 1965, 100 səh.
  4. Fərruxi Yəzdinin poeziyası. Bakı: Elm, 1965, 198 səh.
  5. Cehiz (hekayələr). Bakı: Gənclik, 1969, 154 səh.
  6. Pəhləvan (hekayələr). Bakı: Gənclik, 1974, 31 səh.
  7. Təyyarə kölgəsi (roman). Bakı: Gənclik, 1974, 287 səh. (təkrar nəşr: 1992)
  8. İtkin gəlin (roman). Bakı: Gənclik, 1979, 215 səh.
  9. Əfsanəsiz illər (roman). Bakı: Gənclik, 1981, 353 səh.
  10. Ayrılığın sonu yoxmuş. Bakı: Gənclik, 1983, 432 səh.
  11. Vəfalım mənim. Bakı: Gənclik, 1985, 344 səh. (təkrar nəşr: 1992)
  12. Dünyanı tanı. Bakı: Gənclik, 1990, 450 səh.
  13. İtkin gəlin (roman trilogiya). I kitab. Bakı: Azərnəşr, 1992.
  14. İtkin gəlin (roman trilogiya). II kitab. Bakı: Azərnəşr, 1992.
  15. İtkin gəlin (roman trilogiya). III kitab. Bakı: Azərnəşr, 1992.
  16. Sevəcəyəm (şerlər, hekayələr). Bakı: Diplomat, 2001, 170 səh.
  17. Əsərləri (10 cilddə). I c. Bakı: Nafta-Press, 2004, 501 səh.

QAYNAQ

 

نویسندگان:
سال انتشار:
2004 (میلادی)
صفحات:
4885
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز