Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Tağayım Poema - Şirin Xanım Kərimbəyli Şadiman
Oğulun, igidin, ərənin taleyinə doğma torpağı, ana vətəni, ulu yurdu qorumaq, müdafiə etmək, qayğısına qalmaq yazılıbdırsa, qızın, el gözəlinin, zərif məxluqun qismətinə, bəxtinə, alın yazısına ata ocağının nisgili, həsrəti, ayrılığı düşür. Çünki el gözəli pərvazlanıb quş təki başqa budağa qonur, başqa ocağın çırağını yandırır. Odur ki, qızların vücudu ər ocağında, xəyalı, ruhi, gənclik xatirələri, uşaqlıq illərinin həsrəti ata ocağında, doğulub boya-başa çatdığı yurdda qalır. Amma, bu nisgildə, həsrətdə ürək göynədən, qəlb qıran, könül sökən ayrılıq acısı olmur. Çünki belə həsrət alın yazısıdır. Qədərdən, qismətdən qaçmaq olmur. Necə ki, Tağay həsrəti Şirin xanım Şadimanın taleyinə yazılıb. Lakin bu el qızı elinə, yurduna, doğma ata ocağına, uşaqlıq illə¬rinin xatirəsilə, gənclik illərinin xəyalları ilə elə nəcib tellərlə, zərif duyğularla kövrək ilmələrlə bağlanıb ki, bu nisgil faciə yox, nağılvari həyat tərzidir. Şirin xanım Kərimbəyli tarixin həyat sərgisinə, xatirə qalareyasına təqdim etdiyi ömrün anlarını, həyatın dolaylarını elə ustalıqla, elə…
Tağayım Poema - Şirin Xanım Kərimbəyli Şadiman | |||
---|---|---|---|
خواندن
دانلود
برای ادامه حیات توروز، کمک کنید |
|||
حجم: 685.29 KB | نوع فایل : Pdf | دیده شده : 430 | گزارش خرابی |