یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Azərbaycan Ərazisində Ən Qədim Tayfa Ittifaqlarının Və Dövlətlərin Inşaat Sənəti - V I Kerimov

6917
0
1393/10/4
تعداد آرا 2
نتیجه آرا 6

Tarix elminin inkişafı fasiləsiz sürətdə davam edən mütərəqqi prosesdir.

Yeni materiallar toplanır, yeni ideyalar yaranır, əvvəlki qiymətləndirmələr və konsepsiyalar dəqiqləşdirilir və ya onlara yenidən baxılır. Bu, elmi araşdırma¬lara yekun vurmaq, nai1iyyətləri cəmləşdirmək, yeni aşkar edilmiş material¬lara nəzər salmaq və artıq məlum olan materiallan yenidən qiymətləndirmək məqsədi daşıyan ümumiləşdirid əsərlərin yaradılmasını zəruri edir.

Oxuculara təqdim edilən "Azərbaycan ərazisində ən qədim tayfa ittifaqla¬nnın və dövlətlərin inşaat sənəti" kitabı e.ə. IX-VI əsrlərdə tarixi Azərbaycan ərazilərində qədim məskənlərə və istehkam tikililərinə həsr olunmuş ümumiləşdirid müstəqil elmi işdir. Kitab, həmçinin qədim Şərq haqqında Azərbaycan elminin müasir vəziyyətini əks etdirir. Kitab qədim tarix, arxeo¬logiya və memarlıq sahəsində ən yeni kəşf materiallarına əsaslanmışdır və XX əsrin sonlan - XXI əsrin əvvəllərində olan elmi biliklərimizi əks etdirir.

Qədim Azərbaycanın inşaat sənəti Azərbaycanın tarixi ərazilərində ən qədim sinfi cəmiyyətlər tarixidir. Bu, həm də cəmiyyətin mədəni inkişafında ən mühüm mərhələlərdən biri, müxtəlif elmlərin, tarixin, memarlığın və təsviri incəsənətin meydana çıxması dövrüdür.

Tarixi Azərbaycan ərazisi qədim Şərqin mədəni inkişaf hüdudlanna daxil idi. Qədim Şərq ərazisi Qafqaz dağlanndan və Orta Asiyadan Fars Körfəzinə, Cənubi Ərəbistana, Afrika gölləri ölkələrinə, İran və Hindistan sərhədlərindən Herakl sütunlarına qədər uzanırdı.

Xalqlann mədəniyyət sahəsində nailiyyətlərini qarşılıqlı olaraq zənginləş¬dirməsinə şərait yaradan yazı ilk dəfə məhz Şərqdə meydana gəlmişdir. ..

Ümumdünya tarix prosesi cəmiyyətin - bütünlükdə bəşəriyyətin keçdiyi iqtisadi formasiyaların ardıcıl əvəzlənməsidir.

Belə bir sual meydana çıxır: niyə dünyada ən qədim sinfi cəmiyyətlər məhz Şərqdə yaranmışdır? Bu sualın qoyuluşu öz-özlüyündə onun cavabının müəyyən mənada coğrafi mühitin tarixi prosesə təsirində olduğunu göstərir.

Hələ XX yüzilliyin başlanğıcında akademik N .İ.Vavilov qədim mərkəzlərin yayılmasına və bəşər tarixində onların rolunun müəyyən edilməsinə tərif vermişdir. N.İ.Vavilov həmin vaxt əkinçi1ik mədəniyyətinin yaranmasının mənbəyi olan mədəni bitkilərin mənşəyinin bir sıra mərkəzlərini qeyd etmişdir. "Əslində, bəşəriyyətin inkişafında əsas rolu yer kürəsində quru sahələrin ensiz bir zolağı oynamışdır", yazır N.İ.Vavi1ov. Sonrakı araşdırmalar N.İ.Vavi1ovun fikirlərini və onun ayırdığı konkret erkən əkinçilik mərkəzlərini tamamilə təsdiq etdi. Alim yazırdı ki, erkən əkinçilik mərkəzləri arasında Fələstin, Livan, Suriya, Türkiyənin Cənub hissəsi, Şimali Mesopotamiyanın dağətəyi və çay

نویسندگان:
اتشارات:
Şerq Qerb
سال انتشار:
2013 (میلادی)
صفحات:
320
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز